Ankara ilə Berlin arasında vəziyyət gərginləşir

  • By admin
  • 29 İyun 2017 16:00

turkey-germany-flag-400

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berlin və Ankara arasında gərginlik artmaqdadır.

Almaniya Xarici İşlər naziri Siqmar Qabriel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyada yaşayan türklərə müraciət etmək məqsədilə tədbir təşkil etmək üçün rəsmi müraciət etdiyini açıqlayıb. Eyni zamanda Ərdoğanın bu müraciətinin müsbət qarşılanmadığı vurğulanıb.

Almaniyanın xəbər portalı Spiegel-ə açıqlama verən mətbuat katibi Steffen Seibert də Ərdoğanın Almaniyada türklərə müraciət etmək istəyinin yaxşı qarşılanmadığını vurğulayıb.

Onu da qeyd edək ki, aprel ayında Konstitusiya referendumundan əvvəl də Almaniyada türk siyasətçilərin təşkil etdiyi tədbirlərdən bəziləri ləğv edilmişdi.

 

Gununsesi.info