Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

13 Dekabr 2017 - 11:48

Ankara Rusiyanın Suriyadan qoşunlarını çıxaracağına inanmır

“Rusiyanın Suriyada iki hərbi bazası var və hərbçiləri bu ölkənin müxtəlif bölgələrində yerləşiblər. Bu ölkədə eyni zamanda, ABŞ-ın da hərbi bazaları mövcuddur. Ona görə də Rusiya hərbçilərinin Suriyadan çıxması ilə bağlı verilən bəyanatlar o qədər də real və inandırıcı görünmür”.

Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib.

Nazir əlavə edib ki, Rusiya əvvəllər öz hərbi kontingentinin bir qismini Suriyadan çıxarsa da, yenidən öz qoşunlarını bu ölkəyə yeritdi və sayını artırdı.

Bu və ya başqa formada Suriyada İŞİD terrorçularının qarşı mübarizədə proqres əldə olunub: “Bəşər Əsəd rejimi, İran və Rusiya diqqətlərini başqa məsələlərə yönəldiblər”.

Çavuşoğlu əlavə edib ki, bu gün Suriyaya ən başlıca təhlükə mənbəyi terrorçu PKK-nın Suriya qolu olan YPG-dir.

Gununsesi.info