“Ankara Şimali Kipr türklərini sahibsiz buraxmayacaq…” - Cavuşoğlu Cenevrə danışıqları ilə bağlı ölkəsinin mövqeyini açıqladı

  • By admin
  • 09 Yanvar 2017 13:48
bakan-cavusoglu-ihrac-edilen-diplomatlari-acikladi-8316077
Cenevrədə hansı qərarın çıxmasınan asılı olmayaraq,  Ankara Şimali Kipr türklərini sahibsiz buraxmayacaq.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu diplomatların toplantısında səsləndirib.
Onun sözlərinə görə, Kiprdə sülhün əldə edilməsi istiqamətində danışıqlar gedir və bu məslədə Ankaranın mövqeyi aydın və qətidir.
“Əgər bu gün Kiprdə  sülh və barış hökm sürürsə,  bunun qarantı Türkiyədir. Biz Kipr probleminin həlli ilə bağlı Cenevrdə aparılan danışıqlara  dəstək veririk. Düzdür, bir sıra məqamlarla bağlı narazı olduğumuz məqamlar da var, amma…”- deyə, nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, Cenevrədə Kiprlə bağlı hansı qərarın çıxmasından asılı olmayaraq, onlar Şimali Kipr Türklərini yalnız buraxmayacaqlar:
“Biz bu qüdrətə və iradəyə sahibik. Buna kimsənin şübhəsi olmasın”.
Gununsesi.info