Ankara, Vaşinqton və Bağdad təhlükəsizlik məsələlərini müzakirə edəcək

Ankara, Vaşinqton və Bağdad təhlükəsizlik məsələlərini müzakirə edəcək

Ankara, Vaşinqton və Bağdad bölgədəki təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (SQ) Qərargahı məlumat yayıb.

Bu məqsədlə Türkiyə Silahlı Qüvvələrinin qərargah rəisi, general Hülusi Akar, İraq SQ qərargah rəis, general Osman Qanim və ABŞ SQ Avropa komandanlığının komandanı, general  Kyortis Skaparotti, ABŞ SQ mərkəzi komandanlığının rəhbəri Cozef Votela bir araya gələcək.

Görüş dekabrın 14-də Ankarada baş tutacaq və bu görüşdə regionun təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Gununsesi.info

COMMENTS