Ankara Yaxın Şərqdəki gərginliyi azaltmağa çalışır

“Vaşinqton müttəfiqlərindən, o cümlədən Ankaradan Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağı xahiş edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Cef Fleyk bildirir.

Fleyk İstanbulda jurnalistlərə deyib: “Biz Türkiyə də daxil olmaqla, İranla hər hansı əlaqəsi olan bütün müttəfiqlərimizdən onları gərginliyi azaltmağa çağırmalarını xahiş edirik”.

Diplomatın sözlərinə görə, Türkiyə tərəfi regionda gərginliyin artmayacağına Amerika tərəfindən daha çox əmindir.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.

 

 

 

Şəbnəm

Gununsesi.info