Ankarada Əhməd Cavadın adını daşıyan prospektin açılışı oldu - FOTOLAR /VİDEO

Bu gün Türkiyənin paytaxti Ankarada Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavadın adını daşıyan prospektin açılışı olub.

Gununsesi.info-nun Ankaraya ezam olunan müxbirinin verdiyi məlumata görə, Ankara Etimesgut bələdiyyəsinin başqanı Ənvər Dəmirəl, Türkiyə Böyük Millət Məclisinin təmsilçilərinin, Türkdilli ölkələrin səfirlərinin, QHT və media nümayəndələrinin qatıldığı tədbirdə Əhməd Cavad ailəsi də iştirak edib. Tədbirdə çıxış edən bələdiyyə sədri Ənvər Dəmirəl Əhməd Cavad haqqında danışıb.
Onun təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının böyük şəxsiyyəti olduğunu vurğulayan Ənvər Dəmirəl Ankarada şairin heykəlinin qoyulmasını, adına küçə verilməsini Türkiyənin ona olan ehtiramı kimi dəyərləndirib.

Daha sonra prospektin açılış lenti kəsilib.

Pərviz Həşimli
Ankara