
Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı həbslər davam edir. Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Ankarada çevrilişə cəhddə şübhəli bilinən 149 polis əməkdaşı saxlanılıb.
Belə ki, Mersində 9 hakim və prokurorluq orqanları əməkdaşı həbs edilib. Bununla da, hərbi çevrilişin hazırlanmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılanların sayı 71-nəfərə çatıb.
Bundan əvvəl Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 2418 hərbçinin həbs edildiyi, 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verildiyi bildirilirdi.
Gülnaz Qənbərli