Ankarada 98 nəfər nəzarətə götürülüb

  • By admin
  • 29 Noyabr 2017 09:20

Ankara polisi əməliyyat keçirib.

Gununsesi.info xəbər verir ki, bu dəfə keçirilən xüsusi əməliyyat narkotika alverçilərinə qarşı olub.

Polisin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 98 nəfər narkotik vasitə satıcısı saxlanılıb. Saxlananların hamısının Türkiyə vətəndaşları olduqları bildirilir.

Polis xüsusi əməliyyatın gün ərzində davam edəcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, statistik məlumatlara əsasən, Türkiyədə əhalinin 3 faizə yaxını narkotik asılılığından əziyyət çəkir. Ölkədə az yaşlı narkotik istifadəçisinin yaşı 13 qeyd olunub.

Gununsesi.info