
Ankara şəhərində Azərbaycan-Türkiyə IX Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması. Hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcəkdir.
Anar
Gununsesi.info