Ankarada liderlərin toplantısı müzakirə olunacaq

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

HTML tutorial

Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini – xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabr tarixində Türkiyədə səfərdə olacaq.

Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıq işləri müzakirə olunacaq.

Gununsesi.info