
Türkiyənin paytaxtı Ankarada güclü leysan selə səbəb olub.
Gununsesi.info “ensonhaber”ə istinadən xəbər verir ki, Bala qəsəbəsində 1 nəfər sel sularında boğularaq ölüb.
Həmçinin, 51 obyekt, 9 avtomobil və 3 keçidə ciddi ziyan dəyib.
Poladlı qəsəbəsində isə kənd təsərrüfatı sahəsində köməksiz qalan 35 işçi xilasedicilər tərəfindən xilas ediliblər.