Ankarada “Şuşa İli” tədbirləri -FOTOLAR

  • By admin
  • 21 Noyabr 2022 22:59

“Şuşa İli” çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin və Ankara Universitetinin birgə təşkilatçılığı, Paşa Həyat Sığorta ASC və İrs Mətbuat Evinin dəstəyi ilə təntənəli proqram təşkil olunub.

Bu barədə Gununsesi.info-ya Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumatda deyilir:

”Ankara Universitetində təşkil olunan tədbir öncəsində Azərbaycanın təbiətini, mədəniyyətini və tarixini təbliğ edən fotosərginin və kitab sərgisinin açılışı edilib , iştirakçılara Azərbaycanla bağlı ətraflı məlumat verilib.
Azərbaycanın musiqi beşiyi Şuşanın tarixini və mədəniyyət paytaxtı kimi əhəmiyyətini əks etdirən qısa filmlər maraqla qarşılanıb.
Tədbirdə İrs Mətbuat Evi tərəfindən türk dilində nəşr edilmiş “Salam, Azərbaycan” və “”Qarabağın qara kitabı” adlı kitabların təqdimatı keçirilib.
Universitetin akademik və tələbə heyətinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat proqramında çıxış edənlər Azərbaycan və Türkiyə qardaşlığından danışıb, nəşr edilmiş kitabların Türkiyədə Azərbaycanla bağlı məlumatlılığın artırılmasına xüsusi töhfə verəcəyi qeyd edilib.
Tədbirin bədii hissəsi Azərbaycan musiqisi ilə davam edib”.

 

Mətləb

Gununsesi.info