Ankaradan Amerikaya mesaj: “F-35”ləri ala bilməsək, alternativ yollara baş vuracağıq” – NAZİR

  • By admin
  • 23 Noyabr 2019 12:21

“S-400 zenit raket kompleksinin yerinə “Patriot” raket sistemi almaq istədik, amma bu mümkün olmadı. Belə olan təqdirdə isə, biz S-400-ü almalı olduq”.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“F-35” qırıcı təyyarələri ölkəmizin müdafiəsi və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir. Əgər “F-35” qırıcı təyyarələrini ala bilməsək, təbii ki, alternativ yollara baş vurmaq məcburiyyətində qalacağıq”, – deyə türkiyəli nazir vurğulayıb.

Gununsesi.org