Ankaradan növbəti SÜLH TƏKLİFİ: hər iki tərəf razı olsa...

  • By admin
  • 04 Dekabr 2021 21:45

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Vladimir Zelenski arasında dialoq təşkil edə bilər”.

Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Biz bu iki ölkə arasında heç bir münaqişəni müsbət qarşılamırıq və ya dəstəkləmirik. Gərginliyi azaltmaq üçün qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışırıq.

Bir çox Qərb dövlətlərinin Rusiya ilə konstruktiv birbaşa əlaqələri yoxdur, lakin Türkiyənin bu xüsusi mövqeyi var”, – Ərdoğanın sözçüsü bildirib.

Kalın deyib ki, hər iki tərəf bu təklifə müsbət yanaşarsa, Türkiyə rol oynaya bilər. Onun sözlərinə görə, R.T.Ərdoğn Putinlə Zelenski arasında görüş təşkil etməklə deeskalasiya istiqamətində konstruktiv addım ata bilər:

“Münaqişə olarsa, hamı əziyyət çəkəcək, Ukrayna artıq bu son münaqişələrdən ağır zərbə alıb. Donbassda minlərlə insan əziyyət çəkib, ona görə də biz gərginliyi azaltmaq üçün bütün addımları dəstəkləməyə hazırıq. Əgər Türkiyə bu prosesdə vasitəçi və ya təşəbbüskar rolunu oynayırsa, prezidentimiz də məmnuniyyətlə bu prosesdə rol oynayacaq”, – o əlavə edib.

Gununsesi.info