Ankaradan SƏRT MESAJ: Türkiyə sığınacaq düşərgəsi deyil...

  • By admin
  • 10 Avqust 2021 09:45

“Türkiyə heç kim üçün sığınacaq düşərgəsi deyil”.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Ədalət və İnkişaf (AK) Partiyasının sözçüsü Ömər Çelik mətbuata açıqlamasında deyib.

“Türkiyə ölümdən qaçan insanlara qucaq açır. Bundan sui-istifadə edilməsinə qətiyyən icazə vermərik. Türkiyə heç kim üçün qaçqın düşərgəsi deyil. Türkiyə bundan sonra daha çox köç yükünün öhdəsindən gələ bilməyəcək. Ölkənin sərhəd məntəqələrini qoruma qabiliyyəti güclüdür”, – deyə Çelik bildirib.

Bildirək ki, keçən həftə ABŞ bəzi əfqanların Türkiyə də daxil olmaqla, üçüncü ölkələr vasitəsilə ABŞ-a immiqrasiya üçün müraciət edə biləcəklərini açıqlamışdı. Ankara da bu açıqlamaya Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç vasitəsilə sərt reaksiya vermişdi:

“Türkiyə olaraq ABŞ-ın ölkəmizlə məsləhətləşmədən verdiyi məsuliyyətsiz qərarı qəbul etmirik. ABŞ bu insanları ölkələrinə aparmaq istəyirsə, onları təyyarələrlə birbaşa ölkələrinə köçürmək mümkündür”.