Ankaraya Lavrovla bərabər rus hərbçiləri də gedir – SƏBƏB

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı nümayəndə heyətinin tərkibində Rusiya Müdafiə Nazirliyinin nümayəndələri də olacaq.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı hərbi mövzular da gündəmdə olacaq.

“Nümayəndə heyətinə xarici işlər nazirləri rəhbərlik edəcək. Danışıqlar çox vacibdir. Lavrovun qovluğunda hərbi komponent də olacaq, Müdafiə Nazirliyindən olan həmkarlarımız və türklərlə danışacaq. Düşünürəm ki, bütün məsələlər konkretləşdiriləcək”, – deyə Boqdanov vurğulayıb.

O, həmçinin Türkiyədə təmaslara başlamazdan əvvəl Ankaranın Suriyadakı hərbi əməliyyatı mövzusunda spekulyasiya etməməyə çağırıb.

Gununsesi.info