“Anna Akopyan Qarabağda məğlub olduğumuz bir vaxtda kef edir” – Keçmiş deputat

  • By admin
  • 03 Fevral 2021 16:33

“Mən Anna Akopyanı şəxsən tanımıram. Amma bilirəm ki, o hətta bu çətin dövrdən də zövq alan “kayfarikdir”.”

 

Gununsesi.org xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Ermənistan parlamentinin keçmiş deputatı Araqats Axoyan deyib.

Axoyan, Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın öncə Moskvaya, daha sonra isə ABŞ-a səfər etməsinə münasibət bildirib.

“Mən onunla tanış deyiləm, amma bilirəm ki, o, Qarabağda məğlub olduğumuz vaxtda da kef edən, zövq alan bir “kayfarikdir”. Çünki Paşinyan ailəsi bunun son olduğunu, atalarının tezliklə hər şeyə cavab verəcəyini başa düşürlər. Bunlar düşünürlər ki, nə qədər fürsət var, əylənsinlər. Məğlub olduğumuz bir vaxtda belə səyahətlər etmək olarmı?”, deyə Axoyan bildirib.

Xatırladaq ki, bir müddət öncə erməni mediası Anna Akopyanın Moskvanın ən elit “Puşkin” restoranından görüntüləri yayılmışdı. Görüntülərdə Akopyanın qızları ilə birgə bahalı spirtli içkilərin olduğu məclisdə iştirak edirdi. Bu görüntülər Ermənistanda sərt etirazlara səbıb olmuşdu. Anna Akopyanın ailə üzvləri onun Moskva səfərini təkzib etməmiş, bunun şəxsi səfər olduğunu bildirmişdilər.

Həmin səfərdən bir neçə gün sonra isə Anna Akopyan iki iki təhlükəsizlik əməkdaşının müşayət ilə Los Ancelesə gedib.

Gununsesi.org