Anomal istilər səbəbi ilə qatarların hərəkəti məhdudlaşdırılır

  • By admin
  • 24 İyul 2022 10:36

Türkmənistan Dəmir Yolları iyul-avqust aylarında istilərlə əlaqədar qatarların sürətini məhdudlaşdıracaq.

Gununsesi.info xəbər verir ki, qərar təhlükəsizlik məqsədilə dəmir yolunun polad hissələrinin güclü isinməsi səbəbindən qəbul edilib.

Qeyd edək ki, regionun digər ölkələrində olduğu kimi Türkmənistanda da anomal isti hava şəraiti hökm sürür. Sinoptiklərin məlumatına əsasən, son günlər Türkmənistanın şərqində və cənub-şərqində havanın temperaturu 45-47 dərəcə səviyyəsinə qalxıb.

Hava proqnozlarına görə, anormal istilər iyulun sonuna kimi davam edəcək.

Gununsesi.info