ANS Ali Məhkəməyə üz tutdu

  • By admin
  • 01 Avqust 2016 17:12

ans

Bu gün ANS Şirkətlər Qrupu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına , Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixi, 2-1(103) 1846 / 16 saylı qərarından kassasiya şikayətini təqdim edib.

Bu barədə Gununsesi.info -ya məlumatı ANS Şirkətlər Qrupunun Hüquq Xidmətinin rəisi Sevda Məhərrəmova verib. Onun sözlərinə görə, məhkəmə prosesinin vaxtı ilə bağlı ictimaiyyətə əlavə məlumatlar yaxın günlərdə veriləcək.

 

Gununsesi.info