Fəaliyyəti qadağan edilən ANS telekanalının aparıcısı olmuş Tünzalə Rafiqqızı Almaniyaya mühacirətə gedib.
Bu barədə Gununsesi.info-ya jurnalistin özü məlumat verib.
Aparıcının sözlərinə görə, artıq Almaniyanın Düsseldorf şəhərindədir və ona sığınacaq verilməsi üçün Almaniya hökumətinə müraciət edib.
Tünzalə Rafiqqızı atdığı addıma səbəb kimi ANS telekanalının bağlanmasını və sonrakı dönəmlərdə üzləşdiyi çətinlikləri göstərib.
Gununsesi.info