ANS-in aparıcısına yüksək vəzifə verildi

  • By admin
  • 23 İyun 2016 15:23

DIANA9acb424333847a35_800

 

HTML tutorial

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib.

MİDA-nın yeni mətbuat xidmətinə Diana Dadaşova başçılıq edəcək.

Qeyd edək ki, ANS TV-nin aparıcısı olan, 2015-ci il oktyabrından isə həm də www.anspress.com saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2013-cü ildə isə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib.
ANS TV-də “Hesab vaxtı” verilişində aparıcı vəzifəsində çalışıb.  (Report.az)