ANS-in efiri bərpa olunur? - Hazırlıqlar başladı

  • By admin
  • 07 Sentyabr 2016 14:35
ans
ANS televiziyası yeni mövsümə hazırlaşır.
Gununsesi.info Ölkə.az-a istinadən xəbər verir ki, artıq telekanalın bir neçə verilişlərinin anons çəkilişinə başlanılıb.
ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov isə açıqlamasında bu barədə xəbərsiz olduğunu söyləyib:
“İnanmıram ki, ANS anons çəkilişlərinə başlasın. Gərək açılsın ki, çəkilişlər başlasın”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsində baxılıb və şirkətin lisenziyası ləğv edilib.
Gununsesi.info