ANS-in keçmiş əməkdaşına qarşı apellyasiya şikayəti təmin olunmadı

  • By admin
  • 12 Oktyabr 2016 09:01

1423748609_mehkeme-2

Bakı Apellyasiya Məhkəməsində  “ANS Müstəqil Yayım və Media” Şirkətinin keçmiş əməkdaşı, kompüterçi-montajçı Sərxan Vəliyevə qarşı apellyasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Valeh  Ağayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki,  S.Vəliyev “ANS Müstəqil Yayım və Media” Şirkətinə qarşı xidmət haqqının və dəymiş zərərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. O, 870 manat əməkhaqqının ödənilməsini istəyib. Məhkəmə iddianı qismən təmin edib.

Bundan narazı qalan şirkət apellyasiya şikayəti verib.

Gununsesi.info