ANS-in keçmiş 5 əməkdaşı AzTV-də işə başladı - SİYAHI

  • By admin
  • 26 Dekabr 2016 13:35

aztv

Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.

efsana

Gununsesi.info