ANS-in məhkəməsi olacaq

  • By admin
  • 19 Sentyabr 2016 12:00

ANS MTRS

“ANS” Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti üzrə iclasın vaxtı məlum olub.

ANS əməkdaşının Gununsesi.info-ya verdiyi məlumata görə, iclas Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə sentyabrın 21-i saat 11:00-da davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 15-də keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınıb

Anar

Gununsesi.info