ANS-in “Nəzər Nöqtəsi” nəzərlərdən qaçacaq

  • By admin
  • 02 İyun 2016 00:59

nezer noqtesitofiq

YAP-çı ANS-də aparıcı oldu

Hələ bir neçə gün öncə Gununsesi.info ANS-in “Nəzər Nöqtəsi” verilişinin aparıcısı İlhamiyyə Rzanın adıçıkilən kanalı tərk edəcəyi barədə xəbər vermişdi. Xəbərimizdə o da qeyd olunurdu ki, İlhamiyyə Rzanı Tofiq Abbasov əvəz edəcək.  Dünəndən etibarən isə Tofiq Abbasov ANS-də efirə çıxıb. Onun uzun illər “Lider”də çalışması, hər zaman hakim partiyanın mövqeyindən çıxış etməsi isə onu deməyə əsas verir ki, “Nəzər Nöqtəsi” artıq nəzərlərdən qaçacaq.

Hər zaman obyektivliyə, vicdanlı olmağa iddia edən bir kanalın az-çox populyar olan və inanılmış proqramına belə bir şəxsin gətirilməsi isə bəribaşdan həmin proqramın uğursuzluqla nəticələnəcəyi və reytinqlərdən çıxacağını gözlənilən edir.

Tofiq Abbasovla bağlı araşdırmamız zamanı onu da öyrəndik ki, o, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri olmaqla bərabər, həm də YAP üzvüdür.

Turan Türk

Gununsesi.info