ANS-in qapılarını möhürləyirlər - İŞÇİLƏR DİRƏNİŞ GÖSTƏRİR

  • By admin
  • 18 İyul 2016 22:38

ans

Hal-hazırda ANS-in ofisinə polis və prokurorluq orqanlarının əməkdaşları daxil olub. Gununsesi.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, polis və prokurorluq əməkdaşları içəridə olan ANS-in əməkdaşlarını bayıra çıxarmağa cəhd edirlər, lakin ANS əməkdaşları öz iş otaqlarını tərk eləmək istəmir.Prokurorluq əməkdaşları  bildirirlər ki,  studiyaların və ümumiyyətlə, ANS-in  inzibati binasının qapıları möhürlənməlidir. Hal-hazırda qarşıdurma həddinə çatacaq səviyyədə mübahisə gedir.

Əraziyə 100-ə yaxın idmançı görkəmli polis qüvvələri cəlb olunub.

Gununsesi.info