
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.
Gununsesi.info-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddanı təmin etməyib. Məhkəmənin qərarı ilə iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə gödərilib.
Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı MTRŞ-nı məhkəməyə vermişdir.
Gülnaz Qənbərli
Gununsesi.info