“ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb” - MAİS MƏMMƏDOV

  • By admin
  • 09 Yanvar 2017 13:10

mais

“ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur”.

Gununsesi.info istipress.com-a istnadən xəbər verir ki,  bu haqda  ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov  bildirib.

M. Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.

M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı  spekulyasiyaya yol verməməyə çağırıb.

 Gülnaz Qənbərli

Gununsesi.info