ANS “Türksat”dan yayımlana bilər -BAŞQA ÖLKƏDƏ QEYDİYYATDAN KEÇƏRSƏ

  • By admin
  • 04 Oktyabr 2016 17:57

osman

“Türksat” üzərindən yayımlanmaq üçün ANS kanalı başqa bir ölkədə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçib, fəaliyyət göstərə bilər. O zaman ANS başqa ölkənin subyekti olacaq. Burada bir problem görmürəm”. Bu fikirləri Gununsesi.info-ya “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ANS-in yenidən hansı formada yayımın mümkünlüyü barədə sualı cavablandırarkən söyləyib.  Onun sözlərinə görə, başqa ölkədə qeydiyyatdan keçən telekanal asanlıqla “Türksat” vasitəsilə yayımlana bilər: “Hazırda belə qurumlar çoxdur. Yəni kanal hansı ölkədə yerləşərsə, həmin qanunvericilik çərçivəsində rahat fəaliyyət göstərə bilər. Bununla bağlı bəlli qaydalar var. Peyk yayımı ilə bağlı hansı qaydada qeydiyyatdan, akkreditasiyadan keçə, hansı ölkədə yayımlana bilərlər. Elə ölkələr var ki, orada belə kanalların yayımına qadağa qoyula bilər. Odur ki, belə kanalların fəaliyyətləri ancaq qeydiyyatdan keçirildikləri uyğun ölkənin qanunvericiliyi ilə tənzimlənir”. ANS kanalının bu cür yayımlanma perspektivinə gəlincə isə O.Gündüz bu haqda nəsə deməyə çətinlik çəkdiyini qeyd edib.

ans

Gülnaz Qənbərli

Gununsesi.info