
Fəaliyyəti qadağan edilən ANS televiziyasının əməkdaşları artıq başqa Kütləvi İnformasiya Vasitələrində (KİV) özlərinə iş yeri tapırlar.
Gununsesi.info-nun xəbərinə görə keçmiş ANS televiziyasının xəbərlər proqramının aparıcısı Əfsanə Mehdiyeva bundan sonra SPACE TV-də çalışacaq. Bu barədə xəbəri Ə.Mehdiyevanın özü əməkdaşımızla söhbət zamanı təsdiqləyib.
Xatırladaq ki, Ə.Mehdiyeva əvvəllər fəaliyyəti dayandırılan ANS TV-də müxtəlif verilişlərdə eyni zamanda “Xəbərçi” proqramında aparıcılıq edib.
Gununsesi.info