“ANSA” informasiya agentliyi Moskvadakı fəaliyyətini DAYANDIRDI

  • By admin
  • 07 Mart 2022 00:46

İtaliyanın “ANSA” informasiya agentliyi Moskva ofisindən xəbər yayımını dayandırıb.

 

Gununsesi.info xəbər verir ki, Rusiyanın səlahiyyətli orqanları tərəfindən yalan hesab edilən məlumatların dərc edilməsinə görə ağır həbs cəzalarını nəzərdə tutan qanun təsdiq olunduqdan sonra “ANSA” agentliyi Moskva ofisindən xəbər axınını dayandırmaq qərarına gəlib.

 

Rusiyada baş verənlərlə bağlı xəbərlər “ANSA”nın baş qərargahı və agentliyin xaricdəki digər şöbələri vasitəsilə veriləcək.

 

Xatırladaq ki, İtaliyanın “RAI” dövlət televiziyası da Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.

Gununsesi.info