Antalya-Bakı-Antalya marşrutu üzrə aşağı büdcəli aviareyslərə start verilir

  • By admin
  • 06 İyun 2021 18:37

“Türk Hava Yolları” törəmə müəssisəsi olan “Anadolujet” aviaşirkəti iyunun 20-dən etibarən Antalya-Bakı-Antalya marşrutu üzrə çarter reyslərinin həyata keçirilməsinə başlayacaq.

Bu barədə “Türk Hava Yolları” məlumat yayıb.

Məlumata əsasən, aşağı büdcəli uçuşlar üçün nəzərdə tutulan “Anadolujet” beynəlxalq aviasiya şəbəkəsini böyüdür.

Bildirilir ki, sözügedən aviareyslər həftənin çərşəmbə axşamı və bazar günləri baş tutacaq.

Qeyd olunur ki, sərnişinlər 31 mart 2022-ci ilədək əldə edilən biletləri hər hansı bir cərimə olmadan dəyişə bilərlər.

Gununsesi.info