Antalyada Ceyson Stethemin yeni filminin çəkilişləri aparılır –

  • By admin
  • 12 Fevral 2021 22:29

Hollivudun tanınmış simalarından olan Ceyson Stethemin iştirakı ilə yeni filmin çəkillişləri Antalyada davam etdirilir.

Gununsesi.info Türkiyə mediasına istinadla bildirir ki, “Beş göz” (Five Eyes) adlanan filmin rejissoru məşhur Qay Riçidir.

Çəkilişlər tarixi Qalaiçi və Cümhuriyyət Meydanında təşkil olunub. Çəkilişlərin aparıldığı ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Polis yaxınlıqdakı meydan və küçələrdə təhlükəsizlik tədbirləri görür.

Gununsesi.info