Antalyada tur gəmisi batdı - itkin düşənlər var

  • By admin
  • 04 Sentyabr 2016 13:37

gemi

Ötən gün Antalyada tur gəmisinin fırtına səbəbindən batması nəticəsində itkin düşənlərin axtarışları hələ də davam edir.

Gununsesi.info Türkiyə mediasına istinadla xəbər verir ki, batan gəmidəki 86 nəfərdən 84 nəfər xilas edilib, 1-i uşaq olmaqla, iki nəfər isə itkin düşüb. Axtarışa 8 nəfərdən ibarət dalğıc heyəti cəlb olunub.

 

Qeyd edək ki, ötən gün qəfətən başlayan leysan və dolunun ardınca fırtına müəyyən fəsadlara da yol açıb.

 

Gununsesi.info