Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü başa çatıb – YENİLƏNİB-2

  • By admin
  • 19 Noyabr 2017 15:17


Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifin görüşü başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüş Suriya böhranının tənzimlənməsi və noyabrın 22-də Soçidə keçiriləcək Türkiyə-Rusiya-İran sammitinə həsr olunub.

Görüş 2 saata qədər davam edib.

***

saat 12.37

Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifin görüşü başlayıb

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xarici işlər nazirlərinin görüşü Suriya böhranının tənzimlənməsi və noyabrın 22-də Soçidə keçiriləcək Türkiyə-Rusiya-İran sammitinə həsr olunub.

***

saat 09.36

Bu gün Antalyada Türkiyə, Rusiya və İran xarici işlər naziri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin görüşü keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, görüşün əsas mövzusu Suriya böhranının tənzimlənməsi olacaq.

Üç ölkənin xarici işlər nazirləri bu formatda ilk dəfə bu ilin dekabrında Moskvada görüşüb və Suriya böhranının tənzimlənməsi üzrə prosesin canlandırılması barədə razılığa gəliblər. Bir ay sonra isə Qazaxıstanın paytaxtında Astana formatı start götürüb. Bu formatın iştirakçıları qarant ölkələr qismində Türkiyə, Rusiya və İran, digər tərəfdən Suriya hökuməti və silahlı müxalifətdir. Doqquz ay ərzində Astana danışıqlarının 7 raundu keçirilib, nəticədə Suriyanın cənub-qərbində, Şərqi Qutada, Hums şəhərində və İdlib vilayətində təhlükəsiz zonaların yaradılması barədə qərar verilib.

 

Gununsesi.info