Antalyada yanğın səbəbindən xəstəxana və evlər boşaldılır - Fotolar

  • By admin
  • 28 İyul 2021 20:12

Xəbər verdiyimiz kimi, Türkiyənin turizm mərkəzi Antalyanın Manavqat rayonunda güclü meşə yanğınları başlayıb.

Gununsesi. info Türkiyə mediasına istinadən xəbər verir ki, 4 fərqli nöqtədən başlayan yanğın yaşayış evlərinə doğru irəliləyib. Sakinlər və Manavqat Dövlət Xəstəxanasının xəstələri təxliyyə olunub. Yanğına havadan və qurudan müdaxilə edilsə də, söndürmək mümkün deyil. 30 nəfər tüstününü təsirinə məruz qalıb, 3 nəfər isə yanğın zamanı xəsarət alıb.

HTML tutorial

“Nə edəcəyimizi bilmirik. Yanğın sahəsi çox böyükdür və genişlənməkdə davam edir. Nəylə mübarizə apardığımızı, hara müdaxilə edəcəyimizi bilmirik”, – deyə manavqat bələdiyyə sədri Şükrü Sözen deyib.

Gununsesi. info