Antalyada yenə meşə yanır

  • By admin
  • 10 Sentyabr 2021 20:17

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda meşə yanğını başlayıb.

Gununsesi. info xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Rayonun Daşağıl məhəlləsində başlayan yanğına yanğınsöndürmə qüvvələri havadan və qurudan müdaxilə edirlər.

Külək yanğının şiddətini gücləndirib. Hazırda yanğınsöndürmə işləri davam edir.