Antalyaya turist axınından gələn gəlirin artacağı gözlənilir

  • By admin
  • 05 Yanvar 2024 16:37

Türkiyənin Antalyası dünyanın ən populyar turizm mərkəzlərindən biri olmağa davam edir.

Gununsesi.info bildirir ki, Antalya dənizi, qumu, günəşi, tarixi abidələri və təbii gözəllikləri, qədim şəhərləri və dəbdəbəli turizm məkanları ilə turistləri özünə cəlb edir.

2019-cu ildə Antalya kurort bölgəsinə 15 milyon 280 min 763 turist gələrək rekorda imza atıb.

Məşhur kurort qış mövsümündə də turistləri qəbul edir.

Əyalətdə otellərin doluluğu demək olar ki, 90%-ə çatıb və artmaqda davam edir. Bu barədə “Anadolu”ya açıqlamasında Aralıq dənizi Otelcilik və Operatorlar Turizm Assosiasiyasının rəhbəri Kaan Kavaloğlu bildirib.

Onun sözlərinə görə, Antalyaya turistlər əsasən Böyük Britaniya, Almaniya, Rusiya və Benilüks ölkələrindən gəlir.

Qlobal turizm bazarında Türkiyəyə səyahətə ciddi tələbat var. Bu barədə Peşəkar Otel Menecerləri Assosiasiyasının (POYD) rəhbəri Hakan Saatçıoğlu məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ildə Antalyaya turist axınından gələn gəlirin 15 faiz artacağı gözlənilir.

Gununsesi.info