Antarktidanın buzları rekord ərimə ərəfəsindədir

Antarktidanı əhatə edən dəniz buzu ardıcıl ikinci il rekord qış minimumuna çatmaq ərəfəsindədir.

Gununsesi.info xəbər verir ki, The Guardian Antarktika Proqramı üzrə Avstraliya Tərəfdaşlığının alimlərinin məlumatlarına istinadən yazır.

2023-cü ildə dəniz buzunun vəziyyətində kəskin dəyişiklik baş verib: qitənin ətrafındakı örtük ardıcıl altı ay ərzində məhv edilib və onun qış sahəsi uzunmüddətli orta göstərici ilə müqayisədə 1,6 milyon kvadratmetr azalıb.

Alimlər oxşar vəziyyətin 2024-cü ildə təkrarlanacağını güman edirlər, çünki sentyabrın 7-də buzun həcmi 2023-cü ilin eyni günündəkindən də az idi.

“Biz inanılmaz ekstremal hadisələrdən danışırıq. Keçən il dəhşətli idi və indi bu, yenidən baş verir” -deyə Tasmania Universitetinin dəniz buzları üzrə tədqiqatçısı Dr Will Hobbs bildirib.

 

Gununsesi.info