

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və orada Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə keçirdiyi görüşlər böyük geosiaysi, geoiqtisadi əhəmiyyətə malikdir.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Brüselə səfəri və orada keçirdiyi görüşlər böyük siyasi – iqtisadi əhəmiyyət kəsb edir.
“Bu görüşlərdə tərəflər bir daha geniş spektrdə əməkdaşlıqda, xüsusən, strateji tərəfdaşalıq məsələlərində maraqlı olduqarını bəyan etdilər. Tərəflər təkcə enerji sahəsində deyil, eyni zamanda, ikitərəfli əməkdaşlığı ehtiva edən digər sahələrdə də çox sıx əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirdilər.
Təsadüfü deyil ki, bu məqsədlə Azərbaycanla Aİ arasında əməkdaşlıq və strateji tərəfdaşlıq sazişinin hazırlanaraq imzalanması üzərində danışıqlara başlanıldı. Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması tərəflər arasındakı əlaqələrin yeni bir mərhələyə qədm qoymasından xəbər verir.
İnanırıq ki, bu saziş imzalanması ilə münasibətlərin yeni səviyyəyə qalxmasına və daha sıx əməkdaşlığın yaranmasına təsir göstərəcək”- deyə,millət vəkili vurğulayıb.
E.Nəsirov əlavə edib ki, Brüsselə səfər zamanı Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münaqişəsini bir daha gündəmə gətirməklə, Ermənistanın danışıqlar prosesindəki destruktiv mövqe tutduğunu Aİ rəhbərliyinin, eyni zamanda, Avropa cəmiyətinin diqqətinə çatdırmış oldu:
“Azərbaycan Prezidenti bir daha Ermənistan beynəlxalq hüquq normalarını ayaqların altına ataraq , onlara hörmət etmədiyini, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl vermədiyini dilə gətirdi. Bununla da Ermənistanın nəinki Cənubi Qafqazın, ümumiyyətlə, qonşu regionların təhlükəsizliyinə təhdid yaratdığını bəyan etdi”.
Milət vəkili bildirib ki, ümumiyyətlə, Azərbaycan Prezidentinin bu səfəri Brüssellə rəsmi Bakı arasındakı münasibətlərdə yeni imkanlar açacaq.

O, eyni zamanda, bir sıra media orqanlarında Azərbaycan Prezidentinin Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tayani ilə görüşdən imtina etməsi məsələsinə, anti-Azərbaycan qüvvələrin bu səfərin əhəmiyyətinə kölgə salmaq məqsədi ilə yaydıqları məlumatlara da aydınlıq gəitrərək bildirib ki, Azərbaycanın uğurlarını gözügötürməyən anti-Azərbaycan qüvvələr hər zaman belə hərəkətlər edirlər və bu da onların növbəti təxribat xarakterli əməlləridir.
“Azərbaycan inkişaf edən və hədəfi bəlli olan ölkə olduğundan bir sıra qüvvələr bu inkişafı gözü götürmür və bizə qarşı çirkin qarayaxma kampaniyası aparırlar. Bu qüvvələr bu dəfə də Azərbaycan Prezidentinin Brüsselə səfərinə kölgə salmaq üçün belə cəhdlərə və metodlara əl atırlar. Ancaq onların bu səyləri hər zaman olduğu kimi, yenə də uğursuzluğa düçar oldu və bundan sonra da olacaq”- deyə, E. Nəsirov vurğulayıb.
Millət vəkili onu da deyib ki, bəzi təşkilatlar Azərbaycanda insan haqları ilə bağlı heç bir əsası olmayan hesabatlar hazırlayaraq, ölkəmizə təzyiq yolunu seçirlər:
“Burada Napaleonun bir məhşur ifadəsi yada düşür: Kimin nə problemi varsa, ondan daha çox danışır. Bu gün Avropanın insan haqları sahəsində elə ciddi problemləri var ki, Azərbaycanı bu məsələdə ittiham etməyə mənəvi haqqı yoxdur. Sadəcə, bu anti-Azərbaycan qüvvələr Azərbaycanı zəiflətməklə, onu bəzi müsəlman ölkələrinin gününə salmaq istəyirlər. İstəyirlər ki, burada da idarəolunaun xaos yaradıb, asılı hakimiyyət formalaşdırsınlar. Azərbaycanla diqtə dilində danışsınlar. Bu, mümkün olmadıqda, ölkə rəhbərliyi möhkəm siyasi iradə nümayiş etdirdikdə, başlayırlar qarayaxma kampaniyasına …”

Azərbaycan Prezidentinin Avropa Parlamentinin rəhbəri A. Tayani ilə görüşdən imtina etməsi ilə bağlı xəbərdən məlumatsız olduğunu deyən E.Nəsirov bildirib ki, o, belə məlumatlara bir o qədər də inanmır:
“Belə hal ola bilməz ki, Azərbaycan prezidenti AP sədri ilə görüşdən imtina etsin. Əgər, bu, olubsa da belə, bunun ciddi səbəbləri olub. Azərbaycan Prezidenti kimdənsə, nəyəsə görə çəkinən deyil. O, öz sözünün sahibi olan bir şəxsiyyətdir. İstənilən dialoqa açıq olan şəxsdir. İstənilən məsələyə cavab verməyi, deməyi bacaran şəxsdir. Bu, anti-Azərbaycan qüvvələrin və yaxud, “5-ci kolon”un dövriyyə buraxdığı məlumat da ola bilər”.
E.Nəsirov sonda bildirib ki, belə təzyiq və qarayaxmalar Azərbaycanı öz yolundan döndərə bilməyəcək və ölkəmiz tutduğu yolla irəliyə doğru gedəcək:
“Azərbaycan regionun sabitləşdirici funksiyası rolunu oynadığımızdan, bölgəni sülh regionuna çevirmək istəyir. Bu istiqamətdə addımlar atır. Elə Azərbaycan Prezidentinin Brüsselə səfəri də bu istiqamətdə atılan növbəti addımlardan biridir”.

Mürtəza
Gununsesi.info