Antibiotiklərlə bağlı xəbərdarlıq EDİLDİ

Qarşıdakı 25 il ərzində təxminən 40 milyon insan antibiotik müqavimətinin qurbanı ola bilər.

Gununsesi.info  xəbər verir ki, bu barədə İngiltərənin baş həkimi Sally Devis məlumat yayıb.

“Antimikrobiyal müqavimətin yayılması səbəbindən hər il təxminən bir milyon insan həyatını itirir və bu rəqəm növbəti 25 il ərzində artacaq. Bu, həqiqətən qorxuncdur”– deyə baş həkim məlumatda bildirib.

Devis vurğulayıb ki, belə bir təhlükə mövcud dərmanların öhdəsindən gələn və daha toxunulmaz hala gələn superböcəklərin yaranması ilə mümkün olur.

Bundan əvvəl Qazaxıstan Səhiyyə Nazirliyi bildirmişdi ki, ötən il oktyabrın 1-dən respublikada 30-dan çox metapnevmovirus infeksiyası aşkar edilib.

Əlavə olaraq qeyd edilir ki, ötən ilin oktyabrında epidemioloji mövsüm başlayandan iki milyondan çox kəskin respirator virus infeksiyası da müəyyən edilib.

 

 

Şəbnəm

Gununsesi.info