“Prosol” şirkəti kibertəhlükəsizlik şirkəti olaraq özəl müəssisələrə və qurumlara xidmət göstərir. Bu müəssisə və qurumlara cavabdeh olan “Prosol” əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.
Gununsesi.info xəbər verir ki, bunu “Prosol” şirkətinin İdarə heyətinin sədri Babək Ağayev mətbuat konfransında çıxışı zamanı bildirib.
“Çünki kiberhücumların sayı artıb. Bu da təbii ki, keçirilən antiterror əməliyyatları ilə bağlıdır”, – deyə Babək Ağayev vurğulayıb.
Gununsesi.info