“Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ ərazisində başlatdığı antiterror tədbirləri məcburi xarakter daşıyır. Antiterror tədbirləri bu gün erməni diversiya qrupları tərəfindən törədilən terror aktları ilə bağlıdır”.
Gununsesi.info-nun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
O qeyd edib ki, hazırda istehkamlara, ordunun rabitə mərkəzlərinə, separatçıların hərbi texnikasına və Ermənistan ordusunun Qarabağda olan hissələrinə zərbələr endirilir: “Azərbaycanın məqsədi və vəzifəsi mülki obyektlərə və mülki əhaliyə dəyən ziyanı minimuma endirmək və ya ümumiyyətlə istisna etmək, düşmənin silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtələrini və hərbi obyektlərini məhv etməkdir”, – ekspert vurğulayıb.
Gununsesi.info