Antonio Quterreş Moskvada törədilən terror aktını qətiyyətlə qınadı

  • By admin
  • 23 Mart 2024 09:02

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Moskvada konsert zalında törədilən terror aktını kəskin şəkildə qınayıb.

Gununsesi.info xəbər verir ki, BMT-nin mətbuat xidməti terror aktı ilə bağlı yazılı açıqlama yayıb.

Quterreş yaxınlarını itirən ailələrə və Rusiya hökumətinə başsağlığı verib.

Baş katib Moskvada konsert salonunda törədilən terror aktını qətiyyətlə pisləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi terror aktı nəticəsində 99 nəfərin öldüyünü bildirib. Səhiyyə Nazirliyi 145 nəfərin yaralandığını açıqlayıb.

 

Gununsesi.info