XƏBƏR LENTİ

24 İyul 2017

18 İyul 2017 - 14:54

Aparıcı İlhamə Bədəlova “Gelandewagen” alıb- MAŞININ ÜZƏRİNDƏKİ NÖMRƏ AA SERİYALIDIR

tttttttt1500372830

ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlova “Gelandewagen” markalı bahalı avtomobili ilə görüntülənib. 

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, aparıcı ağ rəngli son model maşında müğənni Natavan Həbibinin toy məclisinə yollanıb.

İ.Bədəlova bu avtomobilini artıq bir müddətdir idarə edir. “Gelandewagen”in orta qiyməti 100-150 min manat arasında dəyişir. Daha bir diqqətçəkən və ən önəmli məqam isə ondan ibarətdir ki, aparıcı avtomobilini “AA” seriyalı nömrə nişanı ilə sürür. Maşının üzərindəki nömrə 90-AA-518-dir.

Qaydalara görə, “AA” seriyaları yalnız dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verilir. Xanım aparıcının bu nömrə nişanını hansı yolla əldə etməsi isə ortaya suallar çıxarır.

Həmçinin qeyd edək ki, İ.Bədəlova ATV-də “Həkimsən” verilişinə aparıcılıq edir. Veriliş həftəiçi hər gün canlı yayımlanır. O, bu maşını ilə bir neçə fotosunu sosial şəbəkədə paylaşıb.

Gununsesi.info





loading...
Loading...