Rusiyalı aparıcı Ksenya Borodinodan ayrılan əri Qurban Ömərov ilk dəfə boşanmalarından danışıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbərinə görə, 35 yaşlı biznesmen uzun müddətdir susqunluğunu qoruyur.
Səbri tükəndiyini deyən Qurban sosial şəbəkədə 33 yaşlı arvadını müdafiə edib və bunları yazıb:
“Kseniyanın mənim haqqımda yazdıqlarını oxumaq xoş deyil. Bilmirəm niyə belə edir, amma o qadındır, etdiklərini bağışlayıram. Övladlarıma çox bağlıyam və bu gün mənim üçün ən ağırı qızımın həyatı məndən uzaqda dərk etməsi olacaq. Ümid edirəm ki, Ksenya ilə iki böyük insanlar kimi dil tapıb, uşaqlarla bağlı razılığa gələcəyik.
Mənə övlad dünyaya gətirən, sevdiyim qadın haqda başqa sözlər danışmayacam. Öz müdafiəm üçün də heç bir şey yazmayacağam. Ksenya daim övladlarının qayğısına qalan anadır, kiminsə onu tənqid etməsinə imkan vermərəm. Biz gerçək sevgi yaşadıq, günəş kimi alışdıq, təəssüf ki, bu bizi yandırdı”.
Qeyd edək ki, Borodino həyat yoldaşının onadəfələrlə xəyanət etdiyini deyib. Aparıcı hətta hamilə olanda da Qurbanın onu aldatdığını etiraf edib.
Gununsesi.info