“Bizim aparıcılar dodaq şişirdirlər”.
Gununsesi.info xəbər verir ki, ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan tanınmış teleaparıcı Rövşanə
Ağasəfqızı maraqlı açıqlamalar verib.
O, veriliş zamanı baş verən konfliktlərdən, söz-söhbətlərdən danışıb:
“Bir dəfə Cavanşir Məmmədovla Nadir Qafarzadə qonağım idi. Onların arasında konflikt yaşandı və aylarla məhkəmə prosesi çəkdi. Daha sonra Təranə Qumralla Nazənin xanımın da həmçinin mübahisəsi böyüdü. Hələ də həmin mübahisə davam edir. Qurtara bilmirlər məhkəməni. Çox olub belə hallar. Mən jurnalistəm, sual vermək haqqımdır. Siz də məndən sual soruşa bilərsiniz, mənim də cavab verməmə hüququm var. Ya üzərindən sükutla keçə bilərəm, ya da istədiyimiz cavabı verə bilərəm. Buna görə kimsə məni qınamaz. Onların suala normal şəkildə cavab verməyə savadı çatmır. Sual verəndə başlayıb açıb danışırlar hər şeyi, qeybət edirlər. Sonra gedib evdə baxırlar görürlər ki, mən nə danışdım. Sonra düşürlər aparıcının üstünə. Verdiyin cavaba görə məsuliyyət daşıyırsan və yükün altına girirsənsə, sonradan aparıcını qınamamalısan”.
Daha sonra Rövşanə uzun illər aparıcılıq edən, amma yadda qalmayan aparıcılar haqda da söz açıb:
“Elə aparıcılar var ki, çıxır deyir 5 ildir işləyirəm. Həmin aparıcını küçədə görsəm, xatırlamaram. Aparıcılarımızın çox stil dəyişikliyinə gedirlər. Aparıcılarımızın dəsti-xətti yoxdur. Bəzi aparıcılarımız anlamır ki, biz müğənni, şou adamı deyilik. Mənə də çox deyiblər ki, stilini dəyiş. Bizim aparıcılar bir gün keçi çıxardırlar, bir gün dodaq şişirdirlər, bir gün fərqli saç stili və s. Bu adamların obrazını tanımaq olmur. Bir-birini təqlid eləmək məsələsi də var. Oxşarlıq yaratmaq istəyirlər. Öz yolun olmayacaqsa, kiminsə yolunda gedəcəksənsə, öz yolun olmayacaq. Bir aparıcı var illərdir efirə çıxır, 50 veriliş aparır, amma tanınmır”.
Anar
Gununsesi.info