“Aparıcılar da, müğənnilər də soyunur” - MƏŞHUR APARICIDAN QALMAQALLI SÖZLƏR

  • By admin
  • 13 Sentyabr 2017 20:17

9c5d4f593b640e08cd18a99ddfc9d655

ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan teleaparıcı Lalə Mustafayeva maraqlı açıqlamalar verib.

O, bildirib ki, indi sənətdə istedad vacib deyil:

“Həmin insanları sevmirlər, özlərinə müəyyən kütlə yaradırlar. İnstagramda “fanat ordusu”nu pulla alıb yaradırlar. Ondan sonra efirə çıxırlar. Biz efirə çıxanda böyük məktəb görürdük, korifeylərdən dərs alırdıq. Bundan sonra efirə aparıcı kimi çıxırdıq. Televiziya mənə çox doğmadır. 5 yaşımdan AzTV-yə gəlib, aparıcılıq edirəm. 2 dəfə Azərbaycan gözəli seçilmişəm. İndiki aparıcılara heç nə deyə bilmərəm. Çünki mən ancaq peşəkar və professinal aparıcılarla rəqabət apara bilərəm. Çünki gənclərin bəziləri nə iləsə tutuzdurur. Çoxu soyunmaqla tutuzdurur. İndi hər kəs, istər müğənnisi, istərsə də aparıcısı soyunur. İnstagramda soyunurlar və guya bunları sevirlər”.

Gununsesi.info