Apellyasiya Məhkəməsi Eldar Həsənovun şikayəti ilə bağlı qərar verdi

  • By admin
  • 05 Aprel 2022 17:12

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. 

Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.  Qərara görə, Eldar Həsənovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub. Eldar Həsənov ittihamları qəbul etmir, həbsini sifarişli hesab edir.

Gununsesi.info-ya açıqlamasında Həsənovun vəkili Cavad cavadov hökmü qanunsuz hesab etdiklərini deyib:. Onun sözlərinə görə, məhkəmə qeyri-obyektiv qərar verib.

Vəkil hökmdən kassasiya şikayəti verəcəklərini deyib.

 

Gununsesi.info